Image

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti çərşənbə axşamı 6,42% artaraq bir barel üçün 86,51 ABŞ dollarına yüksəlib.

Neft bazarındakı mənbənin məlumatına görə, qiymət əvvəlki hərracla müqayisədə 5,22 ABŞ dolları artıb.

"Brent" markalı neftin sentyabr fyuçersləri isə hərracların yekununda bir barel üçün 82,56 ABŞ dolları səviyyəsində olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin qiyməti 4,79 ABŞ dolları və ya 6,11% artaraq bir barel üçün 83,15 ABŞ dollarına çatıb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb