OPEC+ Bakıda Əməkdaşlıq Xartiyası üzrə ilk Texniki Komitə iclasını keçirib
OPEC+ ölkələri Bakıda Əməkdaşlıq Xartiyası (Charter of Cooperation) çərçivəsində ilk Texniki Komitə iclasını keçirərək 2027-ci ilin yanvarından qüvvəyə minməsi planlaşdırılan fəaliyyət mexanizminin hazırlanmasına başlayıblar.
OPEC-in Baş katibi Haysam Əl-Qays bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin nazirləri Xartiyanın məqsədlərinin həyata keçirilməsi üçün fəaliyyət proqramı və iş planının hazırlanmasını tapşırıblar.
Onun sözlərinə görə, sənəd bu ilin dekabrında nazirlər tərəfindən təsdiqlənməli və bununla da Xartiyanın 2027-ci ilin əvvəlindən tam şəkildə fəaliyyətə başlaması təmin olunmalıdır.
Əl-Qays qeyd edib ki, yeni çərçivə çərçivəsində ildə azı bir Nazirlər Görüşü və ən azı iki Texniki Komitə iclasının keçirilməsi nəzərdə tutulur.
O bildirib ki, Əməkdaşlıq Xartiyası üzrə fəaliyyət beş əsas istiqaməti əhatə edəcək: əsas neft istehlakçıları ilə dialoq, neft sənayesində texnologiya, innovasiya və investisiyalar, sənaye siyasəti və tənzimlənməsi, neft bazarının fundamental göstəricilərinin təhlili, eləcə də konsensus əsasında sənaye standartlarının hazırlanması.
Aytac Zeynalova
Mənbə: anews.az