İlham Əliyev Ərdoğana 15 İyul münasibətilə məktub göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik məktubu göndərib.
Əliyev məktubunda 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olanların xatirəsini yad edib və onların ailələrinə başsağlığı verib. Azərbaycan Prezidenti bildirib ki, çevriliş cəhdi Türkiyə xalqının qətiyyəti, milli iradəsi və dövlətçiliyə bağlılığı nəticəsində dəf edilib.
Onun sözlərinə görə, Ərdoğanın rəhbərliyi və Türkiyə xalqının onun ətrafında birləşməsi ölkənin həmin gecə böyük faciələrdən xilas edilməsində əsas rol oynayıb.
Əliyev qeyd edib ki, 15 İyul Demokratiya və Milli Birlik Günü Türkiyə xalqının həmrəyliyinin, mübarizə ruhunun və azadlıq iradəsinin simvoluna çevrilib.
O əlavə edib ki, Azərbaycan həmin hadisələr zamanı “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq Türkiyənin yanında olub.
Əliyev Azərbaycan-Türkiyə dostluğunun və strateji müttəfiqliyinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib
Mənbə: anews.az