Şahbazov: Azərbaycan on ildir qlobal neft bazarının sabitləşməsinə töhfə verir
Azərbaycan OPEC+ platforması çərçivəsində tələb və təklif arasında tarazlığın qorunmasına dəstək verməklə, təxminən on ildir qlobal neft bazarının sabitləşməsinə töhfə verir. Bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Bakıda keçirilən OPEC+ Əməkdaşlıq Xartiyası üzrə ilk Texniki Komitə iclasında çıxış edən nazir deyib ki, Azərbaycanın bu əməkdaşlıqda fəal iştirakı ölkənin qlobal enerji təhlükəsizliyinə, bazarın sabitliyinə və beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirir.
Şahbazov bildirib ki, Bakı bu gün təkcə zəngin neft tarixi ilə deyil, həm də qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən biri kimi tanınır və burada strateji məsələlər, eləcə də gələcək qlobal enerji gündəliyi müzakirə olunur.
Nazirin sözlərinə görə, enerji Azərbaycan üçün təkcə iqtisadi inkişafın əsası deyil, həm də etibarlı tərəfdaşlığın, qarşılıqlı etimadın və ortaq məsuliyyətin simvoludur.
Aytac Zeynalova
Mənbə: anews.az