Ələt Azad İqtisadi Zonasındakı beynəlxalq hava limanı 2027-ci ilin ortalarında istifadəyə veriləcək
Ələt Azad İqtisadi Zonasında yaradılan müasir beynəlxalq hava limanının 2027-ci ilin ortalarında istifadəyə verilməsi gözlənilir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası Azərbaycanın sənaye zonalarının inkişafı siyasətinin əsas platformasıdır və əsasən ixracyönümlü istehsala, eləcə də regional və beynəlxalq bazarlara çıxışa hesablanıb.
Bakıdan təxminən 50–55 kilometr məsafədə yerləşən zonanın Mərkəzi Asiya və Çini Qara dəniz regionu, Türkiyə və Avropa ilə birləşdirən mühüm logistika mərkəzinə çevrilməsi nəzərdə tutulur.
Cabbarov bildirib ki, Azərbaycanın sənaye zonalarında investorların istehsala hazır infrastrukturla təmin edilməsini nəzərdə tutan “plug-and-play” modeli tətbiq olunur.
N.Təbrizli
Mənbə: anews.az