Azərbaycan və Slovakiya standartlaşdırma və metrologiya sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Slovakiya standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığı genişləndirəcək.
Razılaşma Bakıda keçirilən Azərbaycan–Slovakiya Biznes Forumu çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiyanın Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi (UNMS SR) arasında imzalanan Anlaşma Memorandumunda əksini tapıb.
Sənədi Dövlət Agentliyinin rəisi Məmməd Abbasbəyli və UNMS SR-in sədri Pavol Pavlis imzalayıblar.
Memorandum birgə layihələrin həyata keçirilməsini, təcrübə mübadiləsini və keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutur.
N.Təbrizli
Mənbə: anews.az