Image

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfəyə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661.35 milyon ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Bu göstərici illik müqayisədə 1,07% artıb.

Bu dövr üzrə ixracın həcmi 16 milyard 320.24 milyon dollar, idxalın həcmi isə 8 milyard 341.11 milyon dollara bərabər olub.

Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 7 milyard 979.13 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Mənbə: anews.az

Xəbər lenti