Image

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 35 %-ə yaxın azaldıb

2026-cı ilin yanvar-iyununda Azərbaycan 675 milyon 958 min ABŞ dolları dəyərində 33 min 772 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34,7 % və 29,6 % azdır.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 48,4 % artaraq 371 ədəd (57,867 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 37,2 % azalaraq 29 637 ədəd (546,669 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 3 204-ü (67,596 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 7 201-i (162,274 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 547-i (14,442 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 64,5 %, ikincinin 48,4 %, üçüncünün isə 41,1 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 14,7 % azalaraq 3 420 ədəd (30,587 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 28,35 % artaraq 344 ədəd (40,835 milyon ABŞ dolları dəyərində) olub.

Mənbə: anews.az

Xəbər lenti