ABŞ İranın Henqam adasına zərbələr endirib
ABŞ İranın cənubunda, Hörmüz boğazı yaxınlığında yerləşən Hənqam adasına zərbə endirib.Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, zərbə adada yerləşən obyektə endirilib. Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılarla bağlı rəsmi məlumat açıqlanmayıb.
Son günlər ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında gərginlik davam edir. Pakistanın vasitəçiliyi ilə əldə olunduğu bildirilən razılaşmaya baxmayaraq, tərəflər qarşılıqlı hücumları davam etdirirlər.
Mənbə: anews.az