Image

İran ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır - Bəqayi

İran hazırda ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır və əsas diqqətini ölkənin müdafiəsinə yönəldib.Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib.

"Hazırda danışıqların aparılması ilə bağlı planımız yoxdur. Biz ölkənin müdafiəsinə yönəlmişik", - o bildirib.

Bəqainin sözlərinə görə, ABŞ öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, Tehran da heç bir razılaşmaya əməl etməyəcək.

"Bu, sadiq qalacağımız prinsipdir", - XİN sözçüsü vurğulayıb.

O əlavə edib ki, Tehran ABŞ-nin atəşkəs rejiminə əvvəldən riayət etmədiyini hesab edir. 

Mənbə: anews.az

Xəbər lenti