Image

Başlıq: Tramp Braziliyadan idxala 25%-lik tarif tətbiq edib

ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxal olunan mallara 25% gömrük tarifi tətbiq edilməsi barədə göstəriş verib. Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

Rubio bildirib ki, qərarın səbəblərindən biri Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın Vaşinqtonla vicdanlı danışıqlardan imtina etməsi və "öz eqosunu Braziliya xalqının maraqlarından üstün tutması" olub.

ABŞ Ticarət Nümayəndəliyinin (USTR) apardığı araşdırmaya əsasən, Braziliyanın rəqəmsal ticarət, etanol bazarına çıxış və korrupsiyaya qarşı mübarizə sahələrində tətbiq etdiyi siyasət ABŞ fermerləri və ixracatçılarının maraqlarını məhdudlaşdırır.

Vaşinqton bu amilləri yeni tariflərin tətbiqi üçün əsas kimi göstərib.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti