Moldova Aİ-yə üzvlük üzrə bütün danışıq klasterlərini yayadək açmağı hədəfləyir
Moldova hakimiyyəti ölkənin 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzvlüyünü təmin etmək məqsədilə bu yayın sonuna qədər Brüssellə bütün danışıq klasterlərinin açılmasına çalışır.
Bunu parlamentin sədri və hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri İqor Qrossu Moldova 1 televiziyasına müsahibəsində bildirib.
"Avropalı tərəfdaşlarımızı bu yayın sonuna qədər bütün altı danışıq klasterini açmağa layiq olduğumuza inandırmağa davam edirik. Şərtləri yerinə yetirməyə və qanunları sanki bütün klasterləri açmaq üçün artıq siyasi qərar qəbul olunmuş kimi qəbul etməyə davam edirik", – Qrossu deyib.
2025-ci il parlament seçkiləri öncəsi Prezident Maia Sandu və hakim PAS Partiyası Moldovanın 2028-ci ilədək Aİ-yə üzv olacağını vəd etsə də, partiyanın son proqramında konkret üzvlük tarixi göstərilməyib. Hazırda rəsmi Kişinyovun əsas hədəfi 2030-cu ilədək Avropa İttifaqına üzv olmaqdır.
Aytac
Mənbə: anews.az