Image

Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verib

İranın Məşhəd şəhərində yerləşən, keçmiş Ali Lider Seyid Əli Xameneinin dəfn olunduğu İmam Rza məqbərəsi kompleksində tikinti sahəsində yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, məqbərə və tarixi tikililər zərər görməyib.

Tasnim agentliyinin məlumatına görə, yanğın kompleks daxilində aparılan tikinti işləri zamanı bitumun emalı prosesində başlayıb. Alov nəticəsində ərazi qara tüstüyə bürünsə də, yanğınsöndürmə briqadaları alovu qısa müddətdə lokallaşdırıblar.

Yanğının əsas məqbərəyə və yaxınlıqdakı Gövhərşad məscidinə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində insan tələfatı və ya xəsarət qeydə alınmayıb.

Bu, son illərdə İmam Rza məqbərəsi kompleksində qeydə alınan ilk yanğın deyil. Daha əvvəl 2022-ci ildə elektrik nasazlığı, bu ilin əvvəlində isə təmizlik avadanlığının alışması səbəbindən kiçikmiqyaslı yanğınlar baş vermişdi.

İmam Rza məqbərəsi son günlər İranın keçmiş ali lideri Seyid Əli Xameneinin burada dəfn olunmasından sonra beynəlxalq medianın diqqət mərkəzindədir. 

Mənbə: anews.az

Xəbər lenti