Okan Buruk Fatih Terimin rekordunu qırmağa yaxındır
Okan Burukun baş məşqçiliyi altında "Qalatasaray" rekordlar qırmaqda davam edir.
BAKU.WS-in məlumatına görə, rəqib meydanında oynadığı 8 qarşılaşmada uduzmayan Okan Burukun yetirmələri növbəti rekordun bir addımlığındadır.
Belə ki, 2002/03-cü il mövsümündə Fatih Terimin baş məşqçiliyi altında 9 səfər oyununda uduzmayan "Qalatasaray" bu göstəricini yeniləyə bilər.
Qeyd edə ki, "Qalatasaray" mövsümün son iki oyununu evdə "Fənərbağça" və səfərdə "Konyaspor"a qarşı keçirəcək.
BAKU.WSMənbə: baku.ws