Image

Qazaxıstan buğda idxalına altı aylıq qismən qadağa tətbiq edəcək

Qazaxıstan iyulun 27-dən avtomobil, su və dəmir yolu nəqliyyatı ilə buğda idxalına altı aylıq qismən qadağa tətbiq edəcək, “Report” ölkənin kənd təsərrüfatı nazirinin əmrinə istinadən bildirib.

Məhdudiyyətlər həm üçüncü ölkələrdən, həm də Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərdən idxala şamil olunacaq.

İstisna olaraq, dəmir yolu ilə quşçuluq və taxıl emalı müəssisələri, lisenziyalı elevatorlar və “Ərzaq Müqavilə Korporasiyası” Milli Şirkəti üçün buğda idxalına icazə veriləcək. Quşçuluq və taxıl emalı müəssisələri üçün gətirilən buğdanın daxili bazarda satışı və ya ixracı qadağan olunacaq.

Məhdudiyyətlər Qazaxıstan ərazisindən dəmir yolu tranzitinə və Aİİ ölkələri arasında daşınmalara şamil edilməyəcək.

Mənbə: anews.az

Xəbər lenti