“Azərenerji”nin xalis mənfəəti 2025-ci ildə 128 milyon manatı ötüb
“Azərenerji” ASC 2025-ci ili 128,245 milyon manat xalis mənfəətlə başa vurub. Bu barədə şirkətin maliyyə hesabatında bildirilir.
Elektrik enerjisinin satışından əldə olunan gəlir illik müqayisədə 7,8 % artaraq 1,564 milyard manata çatıb. Digər gəlirlər isə 4,1 dəfə artaraq 64,104 milyon manat olub.
Yanacaq xərcləri 0,9 % azalaraq 679,894 milyon manata düşüb. Amortizasiya xərcləri 12,9 % artaraq 330,480 milyon manata, işçi heyəti üzrə xərclər isə 8,3 % artaraq 136,736 milyon manata yüksəlib.
2026-cı il yanvarın 1-nə şirkətin aktivləri 8,8 % artaraq 6,431 milyard manata, öhdəlikləri 9,8 % artaraq 3,098 milyard manata, kapitalı isə 7,8 % artaraq 3,333 milyard manata çatıb.
N. Təbrizli
Mənbə: anews.az