Image

Ukraynada müdafiə və xarici işlər nazirliklərinə müvəqqəti rəhbərlər təyin olunub

Ukrayna hökuməti prezident Volodimir Zelenskinin razılığı ilə Yevgeni Xmaranı müdafiə nazirinin, Andrey Sibiqanı isə xarici işlər nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs təyin edib. Bu barədə baş nazir Sergey Koretski bildirib.

Koretskinin yaydığı bəyanatda deyilir ki, qərar müdafiə və xarici siyasət sahələrində dövlət idarəçiliyinin fasiləsizliyinin təmin olunmasına yönəlib.

Baş nazir həmçinin qeyd edib ki, parlamentin qəbul etdiyi qərarlara uyğun olaraq hökumətin strukturunda dəyişikliklər aparılıb və bəzi nazirliklər yenidən təşkil edilib. 

Mənbə: anews.az

Xəbər lenti

Baş nazirdən yeni qərar