Image

İran ABŞ-nin İordaniyadakı hava bazasını bombalayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyanın Əl-Əzraq bölgəsində yerləşən aviabazasına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb. Məlumat İranın "Tasnim" agentliyi tərəfindən SEPAH-ın bəyanatına istinadən yayılıb.

SEPAH bildirib ki, hücum ABŞ-yə məxsus aviabaza və qırıcı təyyarələrin sığınacaqlarını hədəf alıb. Bəyanata görə, zərbələr nəticəsində iki qırıcı və üç digər təyyarə məhv edilib, daha bir neçə hava gəmisinə ciddi ziyan dəyib. 

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb