Image

Konqoda Eboladan ölənlərin sayı 900 nəfərə yaxınlaşıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı 864 nəfərə yüksəlib. Bu barədə ölkə rəsmilərinə istinadən EFE agentliyi məlumat yayıb. 

Rəsmi məlumata görə, indiyədək 2 181 nəfərdə Ebola infeksiyası təsdiqlənib. Onlardan 722-si xəstəxanaya yerləşdirilib, 412 nəfər sağalıb. Hazırda ölüm göstəricisi 39,6% təşkil edir. 

Epidemiya ölkənin şərqindəki İturi, Şimali Kivu, Cənubi Kivu, Yuxarı Uele və Çopo əyalətlərini əhatə edir. İturi yoluxmaların ən çox qeydə alındığı bölgə olaraq qalır. 

Konqo hökuməti bildirib ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün epidemioloji nəzarət, erkən diaqnostika, xəstələrin müalicəsi və yoluxanlarla təmasda olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər gücləndirilib.

 

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb