Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub
Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı işləri aparan "Mi-2" helikopteri Kalininskaya stansiyasından təxminən 2 kilometr aralıda qəzaya uğrayıb, pilot həlak olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, helikopter tarlaların dərmanlanması zamanı yerə çırpılıb. Qəza nəticəsində 20 kvadratmetrlik ərazidə yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.
Mənbə: anews.az