Image

"The Telegraph": Bəndər-Abbas limanı tamamilə təcrid olunub

ABŞ-nin İranın nəqliyyat infrastrukturuna endirdiyi zərbələr nəticəsində ölkənin əsas liman terminalının yerləşdiyi Bəndər-Abbas şəhəri ölkənin qalan hissəsindən təcrid olunub.Bu barədə The Telegraph nəşri məlumat yayıb. 

Nəşrin yazdığına görə, ABŞ son günlər Hörmüzqan vilayətində körpülərə və dəmir yolu xətlərinə aviazərbələr endirərək İranın əsas cənub limanlarını ölkənin digər hissələri ilə birləşdirən nəqliyyat marşrutlarını hədəfə alıb. 

Bildirilir ki, bu zərbələr nəticəsində yarım milyon əhalisi olan Bəndər-Abbasa quru nəqliyyat əlaqəsi kəsilib. Nəşr həmçinin qeyd edir ki, mülki nəqliyyat infrastrukturunun hədəfə alınması Cenevrə konvensiyalarına uyğunluqla bağlı suallar yaradır. 

Bəndər-Abbas Hörmüz boğazının ən dar hissəsindən təxminən 60 kilometr məsafədə yerləşir. İranın sənaye avadanlıqları və istehlak malları idxalının böyük hissəsi, eləcə də xam neft ixracının əksəriyyəti bu liman vasitəsilə həyata keçirilir. "Al Jazeera"nın qiymətləndirməsinə görə, şəhərin strateji mövqeyi Tehrana neft ixracını davam etdirmək və sanksiyaların təsirini qismən azaltmaq imkanı verir. 

Şəhər yaxınlığında İranın Hörmüz boğazına nəzarət baxımından mühüm əhəmiyyət daşıyan əsas hərbi dəniz bazası da yerləşir. Pentaqonun sabiq rəsmisi Maykl Rubin hesab edir ki, Donald Tramp administrasiyası Bəndər-Abbasın nəqliyyat əlaqələrinin kəsilməsini Hörmüz boğazında gəmiçiliyin bərpası üçün mühüm amil kimi qiymətləndirir.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub