Image

Oman sahilləri yaxınlığında tankerə hücum edilib

Oman sahillərindən təxminən 100 kilometr şərqdə tanker hücuma məruz qalıb.Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Məlumata görə, hadisə Omanın Dukm şəhərindən təxminən 100 kilometr şərqdə baş verib. UKMTO bildirib ki, ticarət gəmisi bölgədə davam edən hərbi fəaliyyətin təsirinə məruz qalıb və insident barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub