Mesut Özildən əzəli rəqibinə MESAJ
Türkiyəli keçmiş futbolçu Mesut Özil bu gün İngiltərə Premyer Liqasında keçiriləcək “Tottenham” - “Mançester Siti” oyunu ilə bağlı maraqlı paylaşım edib.
Gundem.az xəbər verir ki, o, paylaşımında “Arsenal”da oynadığı dönəmdə əzəli rəqibi olan “Tottenham”a mesaj göndərib:
“Tottenham bu matçı uduzmasa, bir daha onlara lağ etməyəcəm. Söz verirəm”.
Qeyd edək ki, Mesut Özil “Schalke”, “Werder Bremen”, “Real Madrid” və “Arsenal” kimi klublarda çıxış edib.

Mənbə: gundem.az