Image

Türkiyə Yunanıstanı Lozanna müqaviləsini pozmaqda ittiham edib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın Qərbi Frakiyadakı türk azlığına məxsus daha səkkiz ibtidai məktəbin şagird sayının azlığı əsas gətirilərək bağlanması qərarını pisləyib.Bununla bağlı DHA məlumat yayıb.

Nazirliyin sözçüsü Öncü Keçeli bildirib ki, bu qərardan sonra bölgədə fəaliyyət göstərən türk azlığına məxsus ibtidai məktəblərinin sayı 76-ya enib. Onun sözlərinə görə, İskeçədəki 1 saylı Türk Azlıq İbtidai Məktəbinə birinci sinif şagirdlərinin qəbulunda da maneələr yaradılır.

Keçeli deyib ki, bu addımlar Qərbi Frakiyadakı türk azlığının təhsil hüquqlarını məhdudlaşdırır.

Türkiyə XİN bəyan edib ki, sözügedən qərarlar Lozanna Sülh Müqaviləsinə ziddir və Yunanıstanı azlıqların hüquqlarına dair beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.

Mənbə: anews.az

Xəbər lenti