Image

Yaşar Güler Şimali Kiprə səfər edib

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Kipr Sülh Hərəkatının 52-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Şimali Kiprə səfər edib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Naziri səfərdə Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı Ziya Camal Kadıoğlu, Quru Qoşunlarının komandanı Metin Tokel və müdafiə nazirinin müavini Saleh Ayhan müşayiət edib.

Səfər çərçivəsində Yaşar Güler Şimali Kiprin Prezidenti Tufan Erhürmanla da görüş keçirib.

Kipr Sülh Hərəkatı Türkiyənin 1974-cü ilin iyulunda Kiprdəki türk icmasını qorumaq məqsədilə həyata keçirdiyi hərbi əməliyyata verilən addır. Əməliyyatın birinci mərhələsi 20 iyul, ikinci mərhələsi isə 14 avqust 1974-cü ildə baş tutub.

Mənbə: anews.az

Xəbər lenti