İraqın Baş naziri Tehrana səfər edəcək
İraqın Baş naziri Əli əl-Zeydi gələn həftənin sonunda Tehrana səfər edəcək və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair bir sıra anlaşma memorandumlarının imzalanması gözlənilir. Bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, xarici işlər nazirinin müavini İranın Bağdaddakı səfirini qəbul edib. Görüşdə ikitərəfli münasibətlər, eləcə də Baş nazirin qarşıdan gələn Tehran səfərinin gündəliyi müzakirə olunub. Tərəflər səfər zamanı hər iki ölkənin maraqlarına xidmət edəcək birgə əməkdaşlıq sahələrini əhatə edən bir neçə anlaşma memorandumunun imzalanmasını nəzərdən keçiriblər.
Əli əl-Zeydi bundan əvvəl ABŞ-a rəsmi səfər edərək Prezident Donald Trampla görüşmüş, tərəflər enerji, iqtisadi əməkdaşlıq və regional məsələləri müzakirə etmişdilər.
Mənbə: anews.az