Image

Azərbaycanda istilik qurğularının quraşdırılması ilə bağlı yeni qaydalar təsdiqlənib

Energetika Nazirliyinin Kollegiyası "İstilik qurğularının quraşdırılması Qaydaları"nı təsdiqləyib.

Müvafiq qərarı energetika naziri Pərviz Şahbazov imzalayıb.

Yeni qaydalara əsasən, qazanxanalar tikinti layihəsi sənədlərinə, şəhərsalma və tikinti normalarına uyğun quraşdırılmalı, yanğın, partlayış və sanitariya təhlükəsizliyi tələblərinə cavab verməlidir. Qazanxana avadanlıqları istehsalçının texniki tələbləri nəzərə alınmaqla quraşdırılmalı, istifadə edilən material və avadanlıqlar layihədə nəzərdə tutulan standartlara uyğun olmalıdır.

Sənədə əsasən, qazanxanalarda elektrik, qaz, isitmə və ventilyasiya sistemləri, su və kanalizasiya xətləri müvafiq normativ aktların tələblərinə uyğun quraşdırılmalı, təhlükəsizlik məsafələri qorunmalıdır. Həmçinin qazanxanalar istismara verilməzdən əvvəl təhlükəsizlik tədbirləri görülməli və avadanlıqlar kiplik sınaqlarından keçirilməlidir.

Qaydalar su və kanalizasiya sistemlərinin quraşdırılmasına da yeni tələblər müəyyən edir. Belə ki, borular və digər komponentlər hermetik birləşmələrlə quraşdırılmalı, onların diametri, uzunluğu və yerləşməsi layihədə nəzərdə tutulan hidravlik göstəricilərə uyğun olmalıdır.

Bundan başqa, boruların keçdiyi yerlərdə konstruksiyalar yanmayan materiallarla izolyasiya edilməli, elektrik kabellərindən normativ məsafə saxlanılmalı, sistemin texniki xidməti üçün baxış quyuları, lyuklar və digər zəruri avadanlıqlar quraşdırılmalıdır.

Yeni qaydalara əsasən, quraşdırma işləri başa çatdıqdan sonra bütün birləşmələr sızmaya qarşı kiplik sınaqlarından keçirilməlidir.

Mənbə: anews.az

Xəbər lenti

Prezident Almaniyaya gedib