İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb
Rusiya İtaliyanın Moskvadakı hərbi attaşesini və onun əməkdaşını heç bir əsas göstərmədən ölkədən çıxarıb. Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində bildirib.
Tayaninin sözlərinə görə, bu addım İtaliyanın casusluqda ittiham olunan iki Rusiya hərbi attaşesini ölkədən çıxarmasına cavab xarakteri daşıyır.
"Bu, milli təhlükəsizliyimizə zərər vuran casusluq fəaliyyəti zamanı cinayət başında yaxalanmış iki Rusiya hərbi attaşesinin İtaliyadan çıxarılmasına verilən nümayişkaranə cavabdır", – nazir qeyd edib.
Tayani iyulun 9-da İtaliyanın casusluq ittihamları ilə Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarmaq barədə qərar qəbul etdiyini açıqlamışdı.
Mənbə: anews.az