ABŞ ordusu Şirazı bombalayıb
ABŞ ordusu İranın Fars vilayətinin Şiraz şəhərinə hava zərbələri endirib.Bu barədə ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində ölən olmayıb. Dağıntıların və dəymiş ziyanın həcmi qiymətləndirilir.
Bundan əlavə, Fars vilayətinin digər ərazisinə edilən hücum zamanı İranın təhlükəsizlik qüvvələrinin ABŞ-yə məxsus raketi zərərsizləşdirdiyi bildirilib.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına cavab zərbələri endirdiyini açıqlamışdı.
Mənbə: anews.az