Image

İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni Baş naziri Endi Börnhemə vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib.

Dövlət başçısı məktubunda Azərbaycanın Böyük Britaniya ilə zəngin ənənələrə əsaslanan münasibətlərin hərtərəfli inkişafına xüsusi önəm verdiyini bildirib.

İlham Əliyev iqtisadi-ticari əməkdaşlığın dinamikasını, enerji sahəsində strateji tərəfdaşlığın dərinləşməsini və yeni məzmun kəsb etməsini yüksək qiymətləndirib. O, Böyük Britaniya şirkətlərinin Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində fəal iştirak etdiyini vurğulayıb.

Prezident məktubunda BP şirkəti ilə uzun illərdir davam edən əməkdaşlığı xüsusi qeyd edərək, bu tərəfdaşlığın həm ənənəvi, həm də bərpaolunan enerji sahələrini əhatə etdiyini bildirib.

"Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, tərəfdaşlığımız daha da möhkəmlənəcək", - məktubda qeyd olunub.

Prezident İlham Əliyev Endi Börnhemə fəaliyyətində uğurlar arzulayıb.

Mənbə: anews.az

Xəbər lenti