Azərbaycanda kompüter və elektron məhsulların istehsalı 41,9% azalıb
Bu ilin yanvar-iyununda Azərbaycanda kompüter, elektron və optik məhsulların, eləcə də elektrik avadanlıqlarının istehsalı sahələrində 144,8 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,9% azalıb, eyni zamanda elektrik avadanlıqlarının istehsalı isə 6,7% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə kompüter, elektron və optik məhsulların istehsalı sahəsində noutbuk istehsalı 51,6% azalıb.
Elektrik avadanlıqlarının istehsalı sahəsində isə elektrik tənzimləyici cihazların istehsalı 54,4% artıb.
Aytac Zeynalova
Mənbə: anews.az