Azərbaycanda qısamüddətli istifadə mallarının istehsalı 11,9% artıb
Bu ilin yanvar-iyununda Azərbaycanda qısamüddətli istifadə malları, aralıq istehlak məhsulları və istehsal vasitələrinin istehsalı artıb, enerji məhsulları və uzunmüddətli istifadə mallarının istehsalı isə azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
2025-ci ilin eyni dövrü ilə müqayisədə qısamüddətli istifadədə olan malların istehsalı 11,9%, aralıq istehlak məhsullarının istehsalı 11,8%, istehsal vasitələrinin istehsalı isə 5,8% artıb.
Hesabat dövründə enerji məhsullarının istehsalı 1,8%, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı isə 10,8% azalıb.
Aytac Zeynalova
Mənbə: anews.az