Image

Pərəstişkarlarından məşhur müğənniyə BÖYÜK JEST: 8 dəqiqə ərzində...

Məşhur ifaçı Lana Del Reyin konsert biletləri 8 dəqiqə ərzində “sold out” olub.

Gundem.az xəbər verir ki, tanınmış amerikalı müğənninin pərəstişkarları bunu ona doğum günü hədiyyəsi ediblər.

Belə ki, jurnalistlər 6 may 2024-cü il tarixində keçirilən “Met Gala”da iştirak edən Lana Del Rey-dən 20 iyun, yəni sənətçinin doğum günündə nə istədiyini soruşublar. O da iyunun 20-də Bostonun “Fenway” Parkında keçiriləcək konsertin biletlərinin satılmasının onun üçün ən yaxşı hədiyyə olacağını deyib.

Bundan sonra tutumu 37,755 nəfər olan stadiondakı şounun biletləri 8 dəqiqə ərzində satılıb. (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb