Image

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,82 ABŞ dolları və ya 5,13% artaraq 98,73 ABŞ dollarına çatıb.

Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin sentyabr fyuçersləri 92,19 ABŞ dollarından satılıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 4,82 ABŞ dolları və ya 5,36% bahalaşaraq 94,81 ABŞ dollarına yüksəlib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Məlumata görə, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

"Azeri Light" nefti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə saziş çərçivəsində hasil edilir. Layihədə SOCAR-ın payı 31,65% təşkil edir.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Gürcüstanda zəlzələ olub