Prezident Raufoğlu ilə bağlı sərəncam imzalayıb
Rauf Arif oğlu Abbasov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla R.Arifoğlu bu mükafata media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Sabah "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun 60 yaşı tamam olur.
Mənbə: anews.az