Image

Zelenski ABŞ-yə səfərə hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-yə rəsmi səfər edəcəyi gözlənilir. Səfər çərçivəsində sülh prosesinə dair görüşlərin keçirilməsi, həmçinin ABŞ Prezidenti Donald Trampla görüşün baş tutması ehtimal olunur.

Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak mənbələrə istinadən teleqram kanalında məlumat verib.

Deputatın sözlərinə görə, Zelenski və onun komandası ABŞ-də sülhlə bağlı görüşlər keçirəcək. O bildirib ki, danışıqlardan sonra Zelenski ilə Tramp arasında görüş baş tuta bilər.

Mənbə: anews.az

Xəbər lenti

Prezident fərman imzalayıb