Image

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

Ukrayna Qara dənizdəki gəmiçilik dəhlizi üzrə hərəkətin Rusiyanın hücumları səbəbindən dayanması ilə əlaqədar iyulun 27-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təşəbbüs edib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

Nazirin sözlərinə görə, son günlər Rusiya qüvvələrinin zərbələri nəticəsində azı üç mülki yük gəmisi hədəfə alınıb, ekipaj üzvləri arasında ölən və yaralananlar var. O bildirib ki, həmin səbəbdən mövsümün ən intensiv dövründə Ukraynanın Qara dəniz dəhlizi ilə iyulun 23-də heç bir gəmi hərəkət etməyib.

Sibiqa Rusiyanın hərəkətlərini "qlobal ərzaq təhlükəsizliyini girov saxlamaq" kimi qiymətləndirərək bildirib ki, hücumlar davam edərsə, Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikasında ərzaq qiymətlərinin artması və ərzaq çatışmazlığı riski yarana bilər.

Nazir bütün dövlətləri, xüsusilə də vəziyyətdən təsirlənə biləcək ölkələri Rusiyadan Qara dənizdə mülki gəmilərə hücumları dərhal dayandırmağı tələb etməyə çağırıb.

Mənbə: anews.az

Xəbər lenti

Prezident fərman imzalayıb