Azərbaycan nefti bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,83 dollar və ya 1,85% artaraq 100,56 dollara yüksəlib.
Neft bazarındakı mənbənin məlumatına görə, "Azeri Light"ın qiyməti 100 dollar həddini keçdiyi halda, "Brent" markalı neftin sentyabr fyuçersləri 94,17 dollar səviyyəsində ticarət olunub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light"ın bir barelinin qiyməti isə 1,88 dollar və ya 1,98% artaraq 96,69 dollar təşkil edib.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 dollar götürülüb
Mənbə: anews.az