Image

ARDNF-yə neft-qaz sazişlərindən 5 milyard manata yaxın gəlir daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin icrasından əldə etdiyi gəlirlər 2026-cı ilin yanvar-iyununda 4,953 milyard manat təşkil edib.

Fondun məlumatına görə, bu məbləğin 4,948 milyard manatı mənfəət nefti və qazın satışından, 4,9 milyon manatı akrhesabı ödənişlərdən, 0,9 milyon manatı isə bonus ödənişləri və tranzit gəlirlərindən formalaşıb.

Hesabat dövründə ARDNF-yə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından 4,375 milyard manat, "Şahdəniz" yatağından hasil olunan qaz və kondensatın satışından isə 437,1 milyon manat vəsait daxil olub.

Gülnar Nazimqızı 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb