Image

ARDNF-nin aktivləri ilk yarımildə 72,6 milyard dollara enib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin ilk yarısında 946 milyon ABŞ dolları azalaraq iyunun 30-na 72,596 milyard ABŞ dolları (123,414 milyard manat) təşkil edib. Bu barədə fondan bildirilib. 

2026-cı ilin əvvəlinə ARDNF-nin aktivləri 73,542 milyard ABŞ dolları (125,021 milyard manat) olub.

Hesabat dövründə Fondun ümumi gəlirləri 8,531 milyard manat təşkil edib. Bunun 4,953 milyard manatı neft-qaz gəlirlərinin, 3,578 milyard manatı isə vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlərin payına düşüb.

2026-cı ilin yanvar-iyun aylarında ARDNF-nin büdcə xərcləri isə 6,450 milyard manat olub.

Aytac Zeynalova 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb