Image

"Qalatasaray" İlkay Gündoğan üçün hərəkətə keçib

Türkiyənin "Qalatasaray" klubu İlkay Gündoğanı transfer etmək üçün hərəkətə keçib.

BAKU.WS "Mas Que Pelotas"ə istinadən xəbər verir ki, "Qalatasaray" artıq İlkay Gündoğanı heyətinə qatmaq üçün cəhdlərə başlayıb.

"Sarı-qırmızılılar" futbolçu ilə ilk təmasda olub.

Qeyd edək ki, İngiltərə nəhəngi "Mançester Siti"dən ayrılaraq "Barselona"ya transfer olan Gündoğan bu mövsüm Kataloniya klubu ilə 49 matçda forma geyinib və 5 qol vurub, 13 məhsuldar ötürmə edib. Onun "göy-qırmızılar"dan ayrılmaq istəməsi yayılan xəbərlər arasındadır. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

"Bitcoin" ucuzlaşıb