Image

Tramp İrana qarşı daha genişmiqyaslı əməliyyat ehtimalını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası və əvvəlki "Epik qəzəb" əməliyyatından daha genişmiqyaslı zərbələrin endirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib.

O, Axios nəşrinə müsahibəsində hələlik yekun qərar qəbul etmədiyini deyib.

"Mən genişmiqyaslı əməliyyat imkanını nəzərdən keçirirəm və qərar verməyə yaxınam. Biz buna hazırıq. Əgər İsraildən bunu xahiş etsəm, onlar iki dəqiqəyə qoşularlar", – Tramp bildirib.

ABŞ prezidenti, həmçinin İranın danışıqlarda maraqlı göründüyünü, lakin hələlik razılaşma əldə etməyə hazır olmadığını söyləyib.

Mənbə: anews.az

Xəbər lenti

ABŞ-da zəlzələ olub