"Yuventus" Massimiliano Alleqrini istefaya göndərdi
"Yuventus" komandanın baş məşqçisi Massimiliano Alleqri ilə əmək müqaviləsinə xitam vermək qərarına gəlib.
BAKU.WS-in xəbərinə görə, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Bundan əvvəl Turin klubunun rəhbərlərinin Atalanta ilə son İtaliya kubokunun finalından (0:1) sonra Alleqrinin emosional davranışından narazı olduğu bildirilirdi.
Xatırladaq ki, İtaliya çempionatının 36 turundan sonra "Yuventus" 67 xal toplayaraq dördüncü pillədə qərarlaşıb.
Alleqri 2021-ci ilin mayından Turin klubunun baş məşqçisidir. Bu müddətdə onun rəhbərliyi altında "Yuventus" bütün turnirlərdə 149 oyun keçirib, 80 dəfə qalib gəlib, 34 dəfə heç-heçə edib, 35 dəfə məğlub olub.
BAKU.WSMənbə: baku.ws