Image

Tramp onlarla ölkəyə yeni idxal tarifləri tətbiq etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Tramp administrasiyası onlarla ticarət tərəfdaşından idxal olunan mallara yeni tariflər tətbiq etməyi planlaşdırır.

Plana əsasən, ABŞ idxalının 99%-ni təmin edən 60 ticarət tərəfdaşından gətirilən məhsullara 10%-dən 12,5%-dək gömrük rüsumu tətbiq ediləcək.

ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrin bildirib ki, ABŞ uzun illərdir məcburi əmək nəticəsində istehsal olunan malların idxalını qadağan edib və bu qaydaları ciddi şəkildə tətbiq edir.

Yeni tariflərin cümə günü yerli vaxtla saat 00:01-dən qüvvəyə minəcəyi gözlənilir. Bu tarix dünya üzrə idxal olunan mallara tətbiq edilən müvəqqəti 10%-lik tarif rejiminin başa çatması ilə eyni vaxta təsadüf edir.

Administrasiya bu addımı ABŞ-ın ticarət siyasətini sərtləşdirmək və yerli istehsalçıları qorumaq məqsədi daşıyan tədbirlərin davamı kimi təqdim edir.

Aytac 

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub