Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Prezident İlham Əliyev Rəşad Fəxrəddin oğlu Aslanovun diplomatik fəaliyyətinə dair iki sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəşad Aslanov Azərbaycanın İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında və San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri, habelə Azərbaycanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Mənbə: anews.az