Image

Qaraçuxurda "Neftçilər" parkı baxımsız vəziyyətdədir - FOTO/VİDEO

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən park baxımsız vəziyyətdədir.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, qəsəbənin "Neftçilər" parkının bəzi hissələrində işıqlandırma sistemləri xarab olub.

Şikayətçilər bildirir ki, axşam saatlarında parkda qaranlıq hökm sürür. Bəzi yerlərdə lampalar illərdir ya çirklidir zəif işıq verir ya da ümumiyyətlə yanmır.

Parkda şəhid Cavanşir Rəhimovun heykəli işıqsız qalıb. Əyləşmək üçün yerləşdirilən oturacaqların ətrafında isə zibil qabları yoxdur.

Parkda istirahət edən şəxslər bilmirlər tullantıları hara atsınlar. 

BAKU.WS sözügedən parkdan foto və video təqdim edir:

Zöhrə Pənah BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti