Image

Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyanın Ukraynanın Slavyansk şəhərinə endirdiyi zərbə nəticəsində ölkənin fəxri konsulluğunun binasının zədələnməsinə görə Rusiyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.Bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, hücum zamanı Latviyanın Slavyanskdakı fəxri konsulu Aleksandr Pavenko xəsarət almayıb, lakin konsulluğun iki əməkdaşı yaralanıb. XİN hadisə ilə bağlı Rusiya səfirliyinə etiraz notası təqdim edib.

Mənbə: anews.az

Xəbər lenti