Image

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistanın şimal-qərbində törədilən terror hücumu ilə əlaqədar bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, Müdafiə Qüvvələrinin rəisi feldmarşal Seyid Asim Munirə başsağlığı məktubu ünvanlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, başsağlığı məktubunda Hayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik qüvvələrinin postuna partlayıcı yüklənmiş avtomobillə edilən hücum nəticəsində 12-si hərbçi olmaqla 14 nəfərin həlak olması və 24 nəfərin yaralanmasının dərin kədər doğurduğu bildirilib.

Həsənov həlak olanlara Allahdan rəhmət diləyib, onların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa arzulayıb.

Mənbə: anews.az

Xəbər lenti