Image

Azərbaycanlı aktyorun oğlu beynəlxalq turnirdə gümüş medal qazandı - FOTO

İdmançılarımız Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidən qələbə ilə qayıdıblar.

BAKU.WS xəbər verir ki, onlar "Jiu Jitsu" üzrə keçirilən "Abu Dabi Grand Slam Pro" beynəlxalq turnirdə müxtəlif yerlərə sahib olublar. 

Baş məşqçi Simral Tağıyevin başçılığı ilə Fərid Həsənov qızıl, Vüqar Eyubov və Müslim Ağabalayev isə gümüş medala yiyələniblər.

Məlumat üçün bildirək ki, Müslim Ağabalayev azərbaycanlı aktyor Kamran Ağabalayevin oğludur.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti