Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 5546-ya çatıb
Venesuelada iyunun sonunda baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayı 5 546 nəfərə çatıb.Bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriqes "Telegram" kanalında dərc etdiyi gündəlik hökumət hesabatında bildirib.
Hesabata əsasən, 16 740 nəfər yaralanıb, 17 907 nəfər isə evsiz qalıb. Zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, daha 856 bina ciddi zədələnib.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib. Ümumilikdə 47 942 zərərçəkənə tibbi yardım göstərilib, 128 324 ailəyə humanitar dəstək verilib. Müvəqqəti sığınacaqlarda 23 811 nəfər yerləşdirilib, zərərçəkənlərə 10 977,336 ton ərzaq çatdırılıb.
İyunun 25-nə keçən gecə Venesuelanın şimalında baş verən zəlzələdən sonra ABŞ Geologiya Xidməti 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkan qeydə alındığını açıqlayıb. Hakimiyyət ölkədə fövqəladə vəziyyət elan edib. Rəsmi məlumatlara görə, əsas təkanlardan sonra təxminən 1 500 afterşok qeydə alınıb.
Mənbə: anews.az